Ukrayna Müdafiə Qüvvələri Liman istiqamətində əks-hücumu genişləndirir: Üç yaşayış məntəqəsi azad edilib

1 Min Read
“DeepState” analitik layihəsinin və Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun yaydığı məlumata görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman sektorunda həyata keçirilən “Vivaldi” əməliyyatının IV mərhələsi çərçivəsində uğurlu əks-həmlələrini davam etdirirlər. Əməliyyat nəticəsində Kolodyazı, Lıpove və Zelena Dolina yaşayış məntəqələri düşməndən tam təmizlənib, Stavki və Şandriqolovoe yaxınlığındakı strateji mövqelərdə nəzarət bərpa olunub. Azad edilən ərazilərin ümumi sahəsi 100 kvadratkilometri keçib ki, bu da Rusiya ordusunun Limanın şimalında yaratdığı təhlükəli qabarıqlığı demək olar ki, sıfırlayıb.
Üçüncü Ordu Korpusunun komandiri, briqada generali Andrey Beletski əməliyyatın gedişində Rusiyanın 3000-ə yakın canlı qüvvə itirdiyini, Slavyansk-Kramatorsk aqlomerasiyasına yönəlmiş hədələrin neytrallaşdırıldığını və kritik Xarkov-Slavyansk avtomobil yolunun təhlükəsizliyinin təmin edildiyini bildirib. Ukrayna tərəfinin bu gözlənilməz manevri Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşun qruplaşmasının hücum planlarını pozub və Moskvanı Kupyansk-Uzlovaya istiqamətindəki 1-ci Tank Ordusunun bölmələrini bu sektora köçürməyə məcbur edib. Eyni zamanda, beynəlxalq diplomatik mənbələr Vladimir Putinin potensial sülh danışıqları müqabilində bütün Donetsk vilayətinin Rusiyaya güzəştə gedilməsini tələb etməyə davam etdiyini bildirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş