Ekspert: “Yəmən hökumətinin hakimiyyəti tam bərpa etmək planı qeyri-realdır”

1 Min Read
Qətərin Həməd Bin Xəlifə Universitetinin professoru Sultan Bərəkət “Al Jazeera” telekanalına müsahibəsində beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin ölkə üzərində dövlət nəzarətini tam bərpa etmək məqsədinin qeyri-real olduğunu bildirib.
Ekspert qeyd edib ki, İran tərəfindən dəstəklənən husilər uzun müddətdir hakimiyyətdədirlər və 7 oktyabr hadisələrindən sonra İsrailə qarşı tutduqları mövqeyə görə xalq arasında populyarlıqlarını artırıblar. Bərəkətin sözlərinə görə, son 12 ildə paytaxt Səna və strateji Hudeydə limanını ələ keçirən husilər hazırda Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətin Ədəndəki bazasına giriş qapısı sayılan Taiz şəhərini nəzarətə götürməyə çalışırlar. Bununla belə, professor husilərin idarəetmədə ciddi səhvlərə yol verdiyini, strateji baxışdan məhrum olduqlarını və ölkəni tədricən dərin humanitar böhrana sürüklədiklərini vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş