Qara dənizdə mülki gəmilərə növbəti pua hücumu: Bolqarıstan sahillərində Ukrayna və Azərbaycan vətəndaşları xilas edilib

1 Min Read
Bolqarıstanın Baş naziri Rumen Radev ölkə sahillərində ticarət gəmilərinə növbəti PUA hücumunun həyata keçirildiyini bəyan edib. Məlumata görə, gece saat 01:30 radələrində Byala şəhərindən 33 kilometr məsafədə Malta bayrağı altında üzən Ukraynanın “Çelsi 3” yük gəmisi üç pilotsuz uçuş aparatı tərəfindən hədəf alınıb. Təxliyə əməliyyatı nəticəsində gəminin heyəti — 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı olan dənizçi təhlükəsiz şəkildə xilas olunub. Yaralanan 5 nəfərə ilkin tibbi yardım göstərilib, ciddi xəsarət alan olmayıb. Analoji vaxtda Krapets kəndindən 32 kilometr məsafədə daha bir gəmi vurularaq batıb və oradan yalnız bir dənizçi xilas edilə bilib.
Rumen Radev baş verənləri “tamamilə qəbuledilməz” adlandıraraq xəbərdarlıq edib və NATO-nun Baş katibi Mark Rutte ilə təcili məsləhətləşmələr keçirəcəyini bildirib. Hələlik konkret tərəfi birbaşa ittiham etmək üçün tam faktlar olmasa da, Bolqarıstan hökuməti baş verənlərin Rusiya Federasiyasının maraqlarına xidmət etdiyini vurğulayıb və Rusiyanın Sofiyadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını elan edib. Qeyd edək ki, bu, son bir həftə ərzində Bolqarıstanın eksklüziv iqtisadi zonasında mülki gəmilərin PUA-lar tərəfindən hədəf alındığı ikinci analoji insidentdir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş