Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyanın müdafiə sektoru və onunla əlaqəli strukturları hədəf alan 22-ci sanksiya paketi üzrə razılığa gəliblər. Yeni məhdudiyyət paketi çərçivəsində 1500-dən çox fiziki və hüquqi şəxsin qara siyahıya salınması nəzərdə tutulur.
Məhdudlaşdırıcı tədbirlər xüsusilə ikili təyinatlı malların istehsalı ilə məşğul olan hərbi-sənaye kompleksinin müəssisələrinə, müdafiə sektoru ilə əməkdaşlıq edən xarici şirkətlərə və aidiyyəti şəxslərə şamil ediləcək. Brüssel bu dəfə prinsipial olaraq yeni genişmiqyaslı ticarət və ya iqtisadi qadağalar tətbiq etməsə də, fərdi sanksiya siyahısının həcminə görə son dörd ilin en böyük paketini təsdiqləyib. Yeni əlavələrlə Aİ-nin ümumi sanksiya siyahısındakı subyektlərin sayı faktiki olaraq bir yarım dəfə artaraq əvvəlki 3 minlik həddi əhəmiyyətli dərəcədə geridə qoyub.
İzmedia.az
![]()

