Rusiya işğalçı qüvvələri Çerniqov vilayətinin Priluki şəhərinə raket hücumu həyata keçirib. Səhər saatlarında, sakinlərin yuxuda olduğu vaxtda endirilən zərbələrdən biri 5 mərtəbəli yaşayış binasına dəyərək mülki infrastrukturun ağır dağıntılara Məruz kalmasına səbəb olub.
Çerniqov Regional Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çausun və Fövqəladə Hallar Xidmətinin son məlumatlarına görə, hücum nəticəsində 4-ü uşaq olmaqla 14 nəfər həlak olub, 7-si uşaq olmaqla 50 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən bir uşaq da daxil olmaqla 15 sakin dağıntılar altından çıxarılaraq xilas edilib. Ukrayna Prezidenti Volodimir Zelenski dağıntılar altında hələ də insanların qala biləcəyini və axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etdirildiyini bəyan edib.
İzmedia.az
![]()

