Donald Tramp İlon Maska ABŞ-ın Milli Elm Medalını təqdim edib

1 Min Read
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Milli Sülh İnstitutunda keçirilən təntənəli mərasimdə elmi tədqiqatlara və texnoloji innovasiyalara verdiyi töhfələrə görə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maska ölkənin ən ali elmi mükafatı olan Milli Elm Medalını təqdim edib. Tədbirdə ABŞ lideri Maska yüksək qiymət verərək onu “dövrümüzün Tomas Edisonu” adlandırıb və müstəsna nailiyyətlərinə görə təbrik edib.
Tramp çıxışında “SpaceX” şirkətinin NASA-nın insanlı kosmik uçuşlar proqramında müstəqilliyinin bərpa olunmasındakı strateji rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Ağ Ev rəhbəri “Neuralink” texnologiyasının xəstələrdə görmə və hərəkət funksiyalarının bərpasında əldə etdiyi uğurları diqqətə çatdırıb. Dövlət başçısı “Tesla” brendinə toxunarkən vaxtilə Nikola Teslanın arxiv materiallarını araşdıran alim əmisi Con Trampı xatırladıb və zarafatla qeyd edib ki, əks halda Maska şirkətin adını dəyişdirmək tələbi irəli sürülə bilərdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş