NYT: “Pentaqon İrana qarşı 3 günlük intensiv hərbi əməliyyat planı hazırlayıb”

1 Min Read
“The New York Times” qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə Kemp Deviddə keçirilən milli təhlükəsizlik görüşündən sonra ona təqdim olunan İrana qarşı yeni hərbi əməliyyat ssenarisini nəzərdən keçirir. Strategiya İranın raket və dron arsenallarına, enerji infrastrukturuna, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda mərkəzlərinə yönəlmiş “üç günlük qısa, lakin kütləvi zərbələr kampaniyasını” əhatə edir.
Baxmayaraq ki, Tramp bir gün əvvəl hərbi əməliyyatların 3 noyabr ara seçkilərindən əvvəl başlamayacağını bəyan etmişdi, Pentaqonun əmri ilə Yaxın Şərq Komandanlığı (CENTCOM) döyüş hazırlığı vəziyyətinə gətirilib. Mənbələr qeyd edir ki, son aylarda təhlükəsizlik rəsmiləri İrana və Yəməndəki husilərə qarşı genişmiqyaslı hücumlar üçün ən azı 5 fərqli plan təklif etsələr də, Tramp indiyədək bu variantları vetolayıb. Buna baxmayaraq, Vaşinqtonun Tehranı nüvə və raket proqramından geri çəkilməyə məcbur etmək üçün bu intensiv 3 günlük zərbə planını masada saxladığı vurğulanır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş