"Beşiktaş" "Hoffenheim" matçında zədələnən Orkun Kökçünün sağlamlıq durumu ilə bağlı açıqlama verib.
izmedia.az xəbər verir ki, ağ-qara klub ulduz futbolçunun plantar fasyasının qismən yırtıldığını və sağ ayağının dabanında daban piyinin travmatik ayrıldığını açıqlayıb.
A Sporda yer alan xəbərə görə, Orkun Kökçü bazar ertəsi "Trabzonspor"la səfər matçında meydana çıxa bilməyəcək.Kökçünün 2-3 həftə meydandan uzaq qalacağı gözlənilir.
![]()

