İtaliyada etirazlar şiddətlənib: 271 nəfər saxlanılıb

1 Min Read

Həftə sonu İtaliyada ictimai xidmətlərin qeyri-adekvatlığına və artan yaşayış xərclərinə etiraz olaraq keçirilən nümayişlər zorakılığın şahidi oldu.

izmedia.az xəbər verir ki, nümayişlərin ikinci günündə etirazçılarla polis arasında toqquşma yaşansa da, bəzi lüks brendlərin mağazaları talan edilib, dövlət və şəxsi mülklərə də ziyan dəyib.

İtaliya polisi ölkədə keçirilən etiraz aksiyaları zamanı 271 nəfərin saxlanıldığını, onlardan 28-nin mühakimə olunduğunu, 32-nin həbs edildiyini açıqlayıb.

Polis həbs olunanlar arasında 23 nəfərin azyaşlı olduğunu bildirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş