BMT: Hörmüz boğazında gəmi hərəkəti 95 faizdən çox azalıb

1 Min Read

Birləşmiş Millətlər Təşkilatı (BMT) fevral ayından bəri Hörmüz boğazından keçən gəmilərin hərəkətinin faktiki olaraq dayandığını açıqlayıb.

BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik bildirib ki, BMT-nin Ticarət və İnkişaf Agentliyi (UNCTAD) tərəfindən təqdim olunan yeni məlumatlar boğazda davam edən məhdudiyyətlərin gəmiçilik, ərzaq və enerji qiymətləri, eləcə də maliyyə bazarlarına təsirini izləyir.

Sözçünün açıqlamasına görə, 28 fevraldan etibarən Hörmüz boğazından keçən gəmi sayı 95,3 faiz azalıb. Bu göstərici bölgədə nəqliyyat axınının kəskin şəkildə zəiflədiyini nümayiş etdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş