Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husilərin ölkənin şərq bölgəsinə atdığı 3 ballistik raketin məhv edildiyini açıqlayıb.
izmedia.az xəbər verir ki, səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bu yaxınlarda Harc əyalətində və ölkənin şərq bölgəsində erkən xəbərdarlıq sistemlərinin işə salındığını açıqlayıb.
Yəməndə İranın dəstəklədiyi husilər bir müddətdir ki, paytaxt Ər-Riyad başda olmaqla Səudiyyə Ərəbistanının bir çox bölgəsinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edir.
![]()

