Hindistanın Uttarakhand əyalətində dini ziyarət üçün məbədə gedən 5 sərnişini daşıyan helikopter qəzaya uğrayıb.Qəza nəticəsində pilot və 5 sərnişin olmaqla ümumilikdə 6 nəfər ölüb.
izmedia.az xəbər verir ki, uttarakhand Mülki Aviasiya Baş Müdirliyinin rəsmisi günorta saatlarında vertolyotun Coşimat Vadisi üzərindən keçərkən əlaqənin kəsildiyini açıqlayıb.Səlahiyyətlilər qeyd edib ki, yağışlar və görmə məsafəsinin azalması kimi əlverişsiz hava şəraiti axtarış və xilasetmə işlərini çətinləşdirib.Hindistan polisi çöldəki çətinliklərə baxmayaraq aparılan işlər nəticəsində həyatını itirənlərin cəsədlərinin tapıldığını açıqlayıb.
![]()

