Rusiya Hindistanla strateji tərəfdaşlığı gücləndirməyi prioritet hesab edir

1 Min Read

Rusiya Hindistanla münasibətlərin inkişaf etdirilməsini xarici siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirir və Nyu-Dehlinin milli maraqlarını qorumaq istiqamətində atdığı addımlara hörmətlə yanaşır.

İZmedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Baş diplomat “Rusiya və Hindistan: Yeni İkitərəfli Gündəliyə Doğru” adlı beynəlxalq konfransın iştirakçılarına və təşkilatçılarına ünvanladığı video müraciətdə qeyd edib ki, Yeni Dehli ilə xüsusi imtiyazlı strateji tərəfdaşlığın gücləndirilməsi Rusiyanın qeyd-şərtsiz xarici siyasət prioritetlərindən biridir.

Lavrov vurğulayıb ki, Hindistan tərəfinin də bu yanaşmanı bölüşməsi yüksək qiymətləndirilir.

Nazirin sözlərinə görə, Hindistanın müstəqil xarici siyasət yürütməsi və milli maraqlarını ardıcıl şəkildə prioritetləşdirməsi dərin hörmətə layiqdir. O bildirib ki, bu yanaşma nəticəsində Hindistanın təsiri sürətlə artmaqda davam edir və ölkə çoxqütblü dünyada aparıcı siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilir.

Lavrov əlavə edib ki, zamanın sınağından çıxmış Rusiya-Hindistan dostluğu bərabərlik, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır və dövlətlərarası münasibətlərin qurulması baxımından nümunə hesab oluna bilər. O, həmçinin ən yüksək səviyyədə etibarlı dialoqun əhəmiyyətini xüsusi qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş