Azərbaycanda 2027-ci ildən Əmək Məcəlləsində mövcud aylıq minimum əmək haqqı ilə yanaşı saatlıq minimum əmək haqqı anlayışının da tətbiq edilməsi, onun tətbiqinin hüquqi əsaslarının müəyyən olunması təklif edilir.
Sherg.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, hazırda ölkədə minimum əmək haqqı aylıq əsasla müəyyən edilir.
“Lakin natamam iş vaxtında çalışan və qısa müddətdə əmək müqaviləsini bağlayan işçilərin əmək haqqı hesablanması daha çevik yanaşmasına ehtiyac var. Təklif edilən dəyişikliklərə əsasən iqtisadiyyatın fəaliyyət sahələrindən 1 ay az müddətində əmək münasibətinin bağlaması, eləcə də fəaliyyət sahəsindən asılı olmayaraq həftəlik iş vaxtının 20 saatdan daha az olduqda əmək haqqının saatlıq sistemə tətbiq edilməsi nəzərdə tutulur. Bu sistemin tətbiq olunacağı fəaliyyət sahəsi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin həyata olunması nəzərdə tutulur. Nəticədə işçilərin əmək haqqı faktiki işlədiyi vaxta uyğun hesablanması təmin ediləcək. Natamam iş vaxtında çalışan şəxslərin əmək haqqı hüquqlarının müdafiəsi gücləndiriləcək. Bu dəyişiklik beynəlxalq təcrübəyə uyğun olmaqla dövlət və büdcə maliyyəsi yaratmayacaq”.
![]()

