Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya ərazi verməyəcəyini və nəzarətdə saxladığı torpaqlardan geri çəkilməyəcəyini bir daha bəyan edib.
İzmedia.az bildirir ki, bu açıqlama ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların müharibənin dördüncü ildönümü ərəfəsində ərazi məsələsində dalana dirəndiyi vaxta təsadüf edir.
Zelenski britaniyalı aparıcı Piers Morgana müsahibəsində bildirib ki, Donbas uğrunda minlərlə ukraynalı həyatını itirib.
“Donbas bizim xalqımızdır, sadəcə ərazi deyil. Bu, müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir. Söhbət torpaqdan yox, insanlardan gedir”, – deyə o vurğulayıb.
İzmedia.az
![]()

