İran Prezidenti Məsud Pezeşkian Lorestan əyalətinə səfəri çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
İzmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Pezeşkian bildirib ki, ABŞ-nin İranda demokratiya ilə bağlı narahatlığı “aldatmadan başqa bir şey deyil”. Onun sözlərinə görə, Vaşinqton açıq şəkildə Venesuela neftini ələ keçirmək niyyətini bəyan edib və Kanada da daxil olmaqla digər ölkələrə qarşı oxşar mövqe sərgiləyir.
“Biz müharibə istəmirik və hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin zor tətbiq olunarsa, təslim olmayacağıq”, – deyə o vurğulayıb.
Prezident ölkə daxilindəki problemlərə də toxunaraq bildirib ki, Lorestanla yanaşı, Şərqi və Qərbi Azərbaycan, Sistan-Bəlucistan, Şimali və Cənubi Xorasan, Xuzistan və digər bölgələrdə ədalətsizlik mövcuddur. Onun sözlərinə görə, bu problemlərin həlli üzərində iş aparılır, lakin onlar qısa müddətdə aradan qaldırıla bilməz.
Pezeşkian əlavə edib ki, İran cəmiyyəti böyük təzyiq altındadır və ziyalılar, sosioloqlar, sahibkarlar, dini liderlər və digər ictimai nüfuz sahibləri bu təzyiqin azaldılması üçün birgə fəaliyyət göstərməlidirlər.
![]()

