Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq sazişi imzalayacaq

1 Min Read

Ermənistan Müdafiə Nazirliyi Polşanın Milli Müdafiə Naziri ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayacaq.

İzmedia.az bildirir ki, qərar fevralın 19-da Ermənistan hökumətinin iclasında qəbul edilib.

Sənədin əsaslandırmasında bildirilir ki, saziş iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq gündəliyini genişləndirəcək, sıx tərəfdaşlıq üçün zəmin yaradacaq və ikitərəfli əlaqələri inkişaf etdirəcək.

Müqavilə hərbi-texniki sahədə əməkdaşlığın əsas prinsip və prosedurlarını müəyyənləşdirir.

Tərəflər əməkdaşlığı bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında quracaqlar.

Qeyd olunur ki, Ermənistan və Polşa arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını 6 sentyabr 2004-cü ildə Varşavada imzalanmış saziş təşkil edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş