Cəlilabad sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb

0 Min Read

Cəlilabadda bədbəxt hadisə baş verib.

İzmedia.az-ın verdiyi xəbərə görə hadisə rayonun Hamarqışlaq kəndində, fermada qeydə alınıb. Belə ki, sözügedən fermada gözətçi işləyən Goranboy rayon sakini 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açdığı atəş nəticəsində ağır xəsarət alıb. Döş boşluğundan xəsarət alan M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş