Venesuelada amnistiya qanunu qəbul edildi

1 Min Read

Venesuelanın vitse-prezidenti Delsi Rodriges ölkə parlamenti tərəfindən qəbul edilən “Demokratik Birlikdə Yaşamağı Təşviq Edən Qanun”u imzalayıb.

İzmedia.az-ın məlumatına görə, obildirib ki, 1999-cu ildən etibarən ölkədə baş verən bütün siyasi prosesləri əhatə edən amnistiya qanununun qəbulunu təklif edib. D.Rodriges qeyd edib ki, sənəd siyasi motivli nifrət cinayətləri və Venesuelaya qarşı xarici müdaxilə ilə bağlı məsələləri də əhatə edir.

Vitse-prezident bu barədə Venezolana de Televisión telekanalına açıqlamasında danışıb. O, qanunun qısa müddətdə qəbul olunmasına görə parlament üzvlərinə və Demokratik Birlik və Sülh Proqramının iştirakçılarına təşəkkür edib.

D.Rodriges vurğulayıb ki, ədalətin qorunması əsas prioritetlərdəndir və ölkənin sülhə, eləcə də sabitliyə ehtiyacı var.

Qanuna əsasən, 1999-cu ildən bəri məhkum olunmuş siyasi məhbusların azad edilməsi nəzərdə tutulur. Sənəd Venesuela Bolivar Respublikasının Rəsmi Qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş