Rusiya Sovet İttifaqının keçmiş respublikalarının suverenliyinə hörmətlə yanaşır və onlarla münaqişə yaratmır.
İzmendia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, Valday Beynəlxalq Diskussiya Klubunun “Rusiya və qonşular: Qarşılıqlı Məsuliyyət və Birgə İnkişaf” hesabatının təqdimatında çıxışı zamanı qeyd edib ki, Moskva bu dövlətlərlə münasibətləri suveren bərabərlik prinsipi əsasında qurur və onların böyük əksəriyyəti ilə müttəfiqlik və tərəfdaşlıq əlaqələri inkişaf etdirir.
Qaluzinin sözlərinə görə, Qərblə yaxınlaşma yolunu seçən bəzi keçmiş sovet ölkələri isə Rusiyanın maraqlarına qarşı sərt çağırışlar yaradır.
İzmedia.az
![]()

