Rusiyanın keçmiş baş naziri: Avropa Alyaska sammitindən sonra sülhün qarşısını alır

1 Min Read

Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin bildirib ki, Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra Ukrayna ilə bağlı razılaşma əldə oluna bilərdi, lakin Avropa buna mane olub.

İzmedia.az bildirir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

“ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini çox yaxşı başa düşür. Alyaskada müəyyən irəliləyiş əldə olundu. Əgər tamamilə həyasızlaşmış Avropa olmasaydı, hesab edirəm ki, sülh əldə edilə bilərdi”, – deyə S.Stepaşin vurğulayıb.

Qeyd edək ki, V.Putin və D.Tramp 15 avqust 2025-ci ildə Alyaskada yerləşən Elmendorf-Richardson Hərbi Hava Qüvvələri Bazasında görüş keçiriblər.

Danışıqlardan sonra mətbuata açıqlama verən V.Putin Ukrayna münaqişəsinin nizamlanmasının sammitin əsas mövzusu olduğunu bildirib. O, həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanmasına və əməkdaşlığın bərpasına çağırıb, D.Trampı Moskvaya dəvət etdiyini açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş