ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun nüvə sazişi ilə bağlı şərtlərini qəbul etdirmək məqsədilə İrana qarşı məhdud hərbi zərbə endirilməsi variantını nəzərdən keçirir.
İzmedia.az bildirir ki, Ağ Ev eyni zamanda tammiqyaslı hərbi müdaxilədən yayınmağa çalışır.
Məlumata görə, mümkün zərbə yaxın günlərdə həyata keçirilə bilər və İranın hərbi, eləcə də dövlət obyektlərini hədəf ala bilər. İddialara əsasən, əgər Tehran Vaşinqtonun uranın zənginləşdirilməsindən imtina ilə bağlı tələblərini yerinə yetirməzsə, ABŞ daha genişmiqyaslı hərbi kampaniya variantını da gündəmdə saxlayır.
Qəzet qeyd edir ki, D.Tramp hələlik İrana qarşı potensial hücumla bağlı yekun qərar verməyib. Ağ Evin sözçüsü Anna Kelli nəşrə açıqlamasında bildirib ki, “yalnız Prezident Tramp nə edə biləcəyini və ya nə edə bilməyəcəyini bilir”.
Xatırladaq ki, D.Tramp daha əvvəl İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt verdiyini açıqlamışdı.
İzmedia.az
![]()

