Taliban ərlərə arvadlarını döyməyə icazə verdi – Daily Mail

1 Min Read

Əfqanıstan ərazisinə nəzarət edən Taliban (terror təşkilatı kimi siyahıya alınmış hərəkat) qadınlara qarşı zorakılığı effektiv şəkildə qanuniləşdirən yeni qanunvericilik aktı tətbiq edib.

İzmedia.az bildirir ki, bu barədə, “Daily Mail” qəzeti yazıb.

Qrupun dərc etdiyi yeni cinayət məcəlləsinə əsasən, ərlərə ciddi zərər verməmək şərti ilə arvadlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir.

Talibanın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənmiş 90 səhifədən ibarət olan məcəllə, cinayətkarın sosial vəziyyətindən asılı olaraq fərqli cəza sistemini tətbiq edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş