Aleksandar Vuçiçə sui-qəsd planı iddiası: iki nəfər saxlanılıb

1 Min Read

Serbiyanın hüquq-mühafizə orqanları Prezident Aleksandar Vuçiçə qarşı hücum planında şübhəli bilinən iki nəfəri həbs edib.

İzmedia.az xəbər verir ki, “Ministry of Interior of Serbia”nın açıqlamasında bildirilir ki, 1975-ci il təvəllüdlü DR və 1983-cü il təvəllüdlü MR konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək, prezidentin, onun həyat yoldaşı və uşaqlarının həyatına qəsd hazırlamaq, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücum etmək məqsədilə silah əldə etməkdə şübhəli bilinirlər.

Məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb və materiallar Kralyevo şəhərində yerləşən Ali Prokurorluğa təqdim olunacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş