Kosmik məkan qarşıdakı əsrlər üçün ən həlledici strateji qarşıdurma sahəsinə çevriləcək.
İzmedia.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
Onun sözlərinə görə, tarix boyu döyüşlər quruda, havada və dənizdə aparılıb, lakin bu gün və gələcək əsrlərdə əsas üstünlük məhz yüzlərlə mil yüksəklikdə – kosmosda müəyyən olunacaq.
Nazir Koloradoya səfəri zamanı bildirib ki, kosmos uğrunda mübarizə əslində dünyanın gələcəyi uğrunda mübarizədir. Heqset vurğulayıb ki, Vaşinqton “orbital paritet”lə kifayətlənmək niyyətində deyil və ABŞ-nin kosmosda üstünlüyünü – Amerika dominantlığını təmin etməyə çalışacaq.
İzmedia.az
![]()

