Donald Trump ABŞ-də yeni qlobal idxal tariflərini təsdiqləyib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

ABŞ Prezidenti Donald Trump həftəsonu elan edilən 15%-lik qlobal idxal tariflərini 10%-ə endirib.

İzmedia.az xəbər verir k, tariflər Şərq vaxtı ilə çərşənbə axşamı saat 00:01-də qüvvəyə minib.

NBC News bildirir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti idxalçılara tarifin birinci mərhələsinin 10% olacağını və istisna edilmədiyi təqdirdə bütün ölkələrə 150 gün müddətində tətbiq ediləcəyini açıqlayıb. Ağ Ev isə bildirib ki, administrasiya 15%-ə yüksəltmə üzərində işləyir və bunun üçün ayrıca icra sərəncamı tələb olunur.

ABŞ Ali Məhkəməsi Trampın 2025-ci ilə qədər idxal olunan mallara tarif tətbiq etmək qərarını qanunsuz sayıb. Buna cavab olaraq Tramp 1974-cü il Ticarət Qanununa əsaslanaraq bütün ölkələrdən idxal olunan mallara tarif səviyyəsini əvvəlcə 10%-ə, sonra isə 15%-ə qaldırıb

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş