Avropa Rusiyadan gələcək uzunmüddətli təhlükəyə hazır olmalıdır və Moskva Ukraynadakı müharibədən sonra belə dayanmaq niyyətində deyil.
İzmedia.az xəbər verir ki, bunu Litvanın Prezidenti Gitanas Nausėda “Kyiv Post” qəzetinə verdiyi müsahibədə bildirib.
Prezident Rusiyanın “imperiya ambisiyalarının” daimi olduğunu və Avropanın bu təhdidə qarşı “çəkindirmə divarı” qurmalı olduğunu vurğulayıb.
Nausėda qeyd edib ki, Ukraynadakı müharibənin bitməsindən sonra da Rusiyanın təhdidi qalacaq və növbəti hədəf Avropanın şərq cinahı və ya bütövlükdə Aİ ola bilər. O, ABŞ-ın Rusiyanı danışıqlar masasına gətirməkdə əsas rol oynadığını və Rusiya ilə birbaşa Avropa danışıqlarının nəticə verməyəcəyini bildirib.
Prezident həmçinin əlavə edib ki, Putin Avropanı ciddi qəbul etmir və yalnız ABŞ-dan qorxur, bu isə ABŞ ilə əlaqələrin gücləndirilməsinin Avropa üçün əhəmiyyətli olduğunu göstərir. Nausėda Ukraynanın AB üzvlüyünü dəstəklədiklərini və Litvanın bu məsələdə ən güclü tərəfdarlardan biri olduğunu vurğulayıb.
O, həmçinin partiyalar və siyasətçiləri tənqid edərək bildirib ki, Rusiyanın Avropa demokratiyasına və qanun aliliyinə qarşı yaratdığı problemi yetərincə anlamırlar və bunun nəticəsində yanlış strategiyalar tətbiq edirlər.
İzmedia.az
![]()

