Fransa prezidenti Emmanuel Makron Polşada keçirilməsi planlaşdırılan “Könüllülər Koalisiyası” hərbi təlimlərinin oktyabr və noyabr aylarında keçiriləcəyini açıqlayıb .
Onun sözlərinə görə, təlimlər koalisiyanın yerləşdirilməyə hazırlığını və hərbi əməliyyatlar bitdikdən sonra fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirəcək.
Könüllülər Koalisiyası, Ukraynanı dəstəkləyən və ölkə üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri, o cümlədən hərbi əməliyyatların bitməsindən sonra Ukrayna ərazisində fəaliyyət göstərə biləcək çoxmillətli qüvvələr yaratmaq planları üzərində çalışan bir qrup ölkədir.
![]()

