ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasına və Senata illik “Birliyin Vəziyyəti” müraciətində bildirib ki, NATO Ukraynaya təhvil verilən bütün ABŞ istehsalı silahların xərclərini ödəyir.
“Ukraynaya göndərdiyimiz hər şey NATO vasitəsilə göndərilir və onlar bizə tam şəkildə ödəniş edirlər. Onlar bizə tamamilə tam şəkildə ödəyirlər”, – deyə Tramp vurğulayıb.
O, NATO üzv dövlətlərini “dostlar və müttəfiqlər” adlandıraraq qeyd edib ki, onlar “hərbi müdafiə üçün ÜDM-in beş faizini ödəməyə” razılıq veriblər.
İzmedia.az
![]()

