Rusiya XİN: Moskva ABŞ-ni Kubaya qarşı blokadasının dayandırılmasına çağırır

1 Min Read

Moskva ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi ticarət, iqtisadi və maliyyə blokadasına son qoyulmasını dəstəkləyir.

İzmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Kirill Loqvinov bildirib.

Loqvinov TASS agentliyinə açıqlamasında qeyd edib ki, Rusiya tərəfi Havananın 60 ildən artıqdır davam edən blokadanın dərhal ləğvi ilə bağlı “qanuni tələblərini” müdafiə edir. Onun sözlərinə görə, 29 oktyabr 2025-ci ildə BMT Baş Assambleyası ABŞ-ni Kubaya qarşı iqtisadi, kommersiya və maliyyə embarqosuna son qoymağa çağıran qətnamə qəbul edib.

Diplomat bildirib ki, qətnamə ABŞ istisna olmaqla qəbul edilib və bu sənəd Vaşinqtonun Kuba iqtisadiyyatına qarşı birtərəfli məcburi tədbirlərinin geniş beynəlxalq qınaqla qarşılandığını əks etdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş