Livanın şiə təşkilatı Hizbullah 16 apreldən 17 maya qədər İsrail qüvvələrinə qarşı 339 hərbi əməliyyat keçirdiyini bildirib.
Təşkilatın mətbuat xidmətinin Telegram kanalında yayılan məlumatına görə, “İslam Müqavimət Qüvvələri” atəşkəs rejiminin pozulmasına cavab olaraq 15 komanda məntəqəsinə, 3 kazarmaya, 2 hərbi bazaya, 7 artilleriya mövqeyinə və 1 helikopter meydançasına hücum edib.
Bildirilib ki, son bir ay ərzində idarə olunan raketlər və ya kamikadze dronlarla 48 tank, 18 zirehli transportyor və 12 yolsuzluq avtomobili “tam və ya qismən sıradan çıxarılıb”.
Hesabatda İsrail ordusunun Livandakı itkiləri barədə dəqiq rəqəmlər göstərilmir. Lakin təxmini hesablamalara görə, İsrail tərəfdən ölən və yaralananların ümumi sayı təxminən 250 nəfər təşkil edir.
İzmedia.az
![]()

