Serbiyanın Baş naziri Duro Macut Xorvatiya hakimiyyətinin razılığı olmadan Vukovar və Dalj şəhərlərinə səfər etdiyi iddialarını təkzib edib.
İzmedia.az xəbər verir ki, o, bütün xarici səfərlərinin ev sahibi ölkənin səlahiyyətli qurumları ilə əvvəlcədən razılaşdırıldığını və protokollara uyğun həyata keçirildiyini bildirib.
Macut Instagram hesabında yazıb: “Ağlı başında olan birisi həqiqətən Xorvatiya Respublikasına rəsmi səfərin Xorvatiya hakimiyyətinin razılığı olmadan həyata keçirilə biləcəyini təsəvvür edə bilərmi? Belə bir iddia nəinki səhvdir, həm də məsuliyyətsizdir. Vukovar və Dalj səfəri əvvəlcədən razılaşdırılıb və Xorvatiya təsisatlarına, həmçinin yerli hakimiyyət orqanlarına tam hörmətlə həyata keçirilib”.
Baş nazir səfərin məqsədini sülh, hörmət və əməkdaşlıq mesajı vermək, eləcə də Xorvatiyadakı serb icmasına dəstək göstərmək kimi açıqlayıb. O, əlavə edib: “Təəssüf edirəm ki, bu cür mesajlar sensasiyalı şərhlərlə şübhə altına alınır”.
İzmedia.az
![]()

