Türkiyənin müdafiə və aerokosmik şirkəti Baykarın həmtəsisçisi və idarə heyətinin sədri, 46 yaşlı Səlcuq Bayraktar Türkiyənin ən varlı on nəfərindən biri olaraq Forbes milyarderləri siyahısına daxil edilib.
İzmedia.az bildirir ki, onun sərvəti 2,7 milyard dollar qiymətləndirilir. Şirkətin baş direktoru və Səlcuqun qardaşı Haluk Bayraktar isə 2,4 milyard dollarlıq sərvəti ilə siyahıda bir qədər aşağı sıradadır.
Baykar Türkiyənin ən böyük müdafiə məhsulları ixracatçılarından biridir. Şirkətin dronlarından həm Türkiyə ordusu, həm də bir sıra digər ölkələr istifadə edir. Səlcuq Bayraktar şirkətin səhmlərinin 52,5%-nə sahibdir. 2025-ci ildə Baykarın gəliri 2,5 milyard dollar təşkil edib və bunun 88%-i ixracdan əldə olunub. İxrac həcmi 2,2 milyard dollarla şirkət dünyanın ən böyük dron ixracatçısı olaraq qalır.
İzmedia.az
![]()

