Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında ballistik raketlərlə hücum edib. Hücum zamanı şəhərdə ardıcıl partlayış səsləri eşidilib, hava xəbərdarlıq sirenləri çalınıb və insanlar sığınacaqlara yönəlib.
Hücum nəticəsində hava-hava raketləri, raket sistemləri və döyüş sursatı istehsal edən kritik dövlət müdafiə sənayesi müəssisəsinin vurulduğu bildirilir. Zavoddan güclü alov və tüstü qalxıb.
Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, gecə boyu davam edən hücumlar nəticəsində 1 nəfər həlak olub, 21 nəfər isə yaralanıb. Onun sözlərinə görə, şəhərin bütün rayonlarında dağıntılar qeydə alınıb.
Ukrayna Hava Qüvvələrinin məlumatına əsasən, hücumlarda raketlər və pilotsuz uçuş aparatları (PUA-lar) istifadə olunub. Sosial şəbəkələrdə Rusiya ordusunun “Oreşnik” tipli orta mənzilli hipersəs ballistik raketdən də istifadə etdiyi iddia edilir.
Bu hücumlar Rusya-Ukrayna Savaşı çərçivəsində davam edən gərginliyin yeni dalğası kimi qiymətləndirilir.
![]()
