Çin Xarici İşlər Nazirliyi ABŞ-ni İranla müharibədən çəkinməyə çağırır

1 Min Read

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin hakimiyyəti ABŞ-nin İranla hərbi münaqişəyə başlamayacağına ümid edir.

Brifinqdə o qeyd edib ki, “Ümid edirik ki, bütün tərəflər sülhə üstünlük verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər”.

Mao Ninq əlavə edib ki, Çin hazırkı vəziyyətdə “məsuliyyətli böyük bir güc kimi fəaliyyət göstərməyə davam etməyə hazırdır” və hadisələri yaxından izləyir. Sözçü mübahisələrin siyasi və diplomatik yollarla həllini müdafiə etdiklərini, beynəlxalq münasibətlərdə güc tətbiqinə və hədələməyə qarşı olduqlarını vurğulayıb.

O, həmçinin bildirib ki, Çin ənənəvi olaraq İranla dostluq münasibətlərini qoruyur və İran hökumətini və xalqını milli sabitliyi qorumaqda və qanuni hüquq və mənafelərinin müdafiəsində dəstəkləyir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş