Kilian Mbappe əməliyyatsız 2026 Dünya Kubokuna hazırlaşır

1 Min Read

Fransa millisinin və “Real Madrid”in 27 yaşlı hücumçusu Kilian Mbappe 2026-cı il Dünya Kubokunda iştirak etmək üçün əməliyyat olunmaq istəmir.

İzmedia.az bildirir ki, bu barədə AS xəbər verib.

Futbolçunun diz bağlarında 2025-ci ilin dekabrından problem var. Bu səbəbdən o, Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə oyunu buraxıb. Oyun “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu mövsüm Kilian Mbappe “Real Madrid”də 33 oyunda iştirak edərək 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş