BVF Ukraynaya 8,1 milyard dollarlıq kredit ayırıb

0 Min Read
2180037976

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya dörd illik 8,1 milyard dollarlıq kreditin ayrılmasını təsdiqləyib.

Kreditin ilk 1,5 milyard dolları dərhal ödəniləcək.

Ukraynanın Baş naziri Yuliya Sviridenko Telegram kanalında yazıb ki, vəsait büdcə kəsirinin maliyyələşdirilməsinə və makromaliyyə sabitliyinin təmin olunmasına sərf olunacaq.

O bildirib ki, bu qərar Ukraynanın Avropa Birliyindən 90 milyard avro kredit almasına da imkan yaradacaq və ölkəyə beynəlxalq maliyyə dəstəyi təmin edəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş