Yaponiyanın Nikkei indeksi 2,28% düşüb

1 Min Read

Tokio Fond Birjasında hərraclar Yaxın Şərqdə artan gərginlik fonunda enişlə başlayıb.

Nikkei indeksi açılışda 2,02% azalaraq 57 658,76 bəndə düşüb. Daha sonra eniş dərinləşərək 2,28%-ə çatıb və indeks 57 507,98 bənd səviyyəsində qərarlaşıb.

Yapon analitiklər investorların ehtiyatlı mövqeyini ABŞ və İsrailin İrana hücumundan sonra artan geosiyasi risklərlə izah edirlər.

Bu vəziyyət xüsusilə təbii sərvət idxalından asılı olan şirkətlərin səhmlərinə təsir göstərib.

Qeyd olunur ki, eniş ötən həftə qeydə alınmış 58 850 bəndlik rekord göstəricidən sonra baş verən korreksiya fonunda da müşahidə olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş