Dollar bolivarla əvəz olundu: Maduronun həbsi Venesuela iqtisadiyyatını necə “canlandırdı”

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Venesuelada iqtisadi artım qeydə alındığı halda, ölkədə eyni zamanda etimad böhranı yaşanır.

Məlumata görə, təxminən dörd ay əvvəl ABŞ xüsusi təyinatlıları ölkə prezidenti Nikolas Maduronu prezident sarayından saxlayaraq aparıb. O vaxt ölkənin tam iqtisadi çöküş yaşayacağı gözlənilsə də, əksinə, iqtisadi aktivlikdə gözlənilməz canlanma baş verib.

Müşahidələrə əsasən, ABŞ-ın sanksiya siyasətində qismən yumşalma dollar dövriyyəsinin artmasına səbəb olub. Bu isə ölkədə xərcləmələrin çoxalmasına, sosial ödənişlərin yüksəlməsinə və daşınmaz əmlak qiymətlərində kəskin artıma gətirib çıxarıb.

Bəzi məlumatlara görə, əmlak bazarında qiymətlər 100–150 faizədək yüksəlib.

Lakin ekspertlər bildirir ki, bu artım real istehsal hesabına deyil, daha çox dondurulmuş aktivlərin dövriyyəyə qaytarılması və əlavə nağd pul axını hesabına baş verib.

Eyni zamanda, ölkədə siyasi qeyri-müəyyənlik davam edir. Bir hissə əhali Maduronun geri dönəcəyini gözləyir, digər tərəfdən isə müvəqqəti rəhbərlik seçimlər və siyasi islahatlar təzyiqi ilə üz-üzə qalıb.

Analitiklərin fikrincə, hazırkı iqtisadi canlanma sabit deyil və xarici siyasi qərarlardan asılı olaraq tez bir zamanda zəifləyə bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş