Tbilisidə Çavçavadze prospektində yerləşən Liberty Bank-ın baş ofisində yanğın baş verib.
İzmedia.az bildirir ki, yanğın binanın lift şaxtasından başlayıb. Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvilinin sözlərinə görə, xəsarət alan olmayıb.
RİA Novosti xəbər verir ki, çoxmərtəbəli binanın sonundakı bütün köməkçi lift şaxtası alov içində qalıb. Hadisə yerinə iyirmi yanğınsöndürən və xilasetmə qrupu səfərbər edilib. Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürərək onun ofisin içərisinə yayılmasının qarşısını alıblar.
“Yanğın yük liftinin şaxtasında baş verib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Yanğın uğurla söndürülüb”, – deyə Mqebrişvili bildirib.
Bankın açıqlamasında deyilir ki, “bankın fəaliyyəti heç bir təhlükə altında deyil və müştəri xidmətləri həmişəki kimi davam edəcək”.
İzmedia.az
![]()

