İran qüvvələri bu gecə Qətərdə yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Əl-Udeyd bazasına zərbələr endirib.
İzmedia.az xəbər verir ki, bu barədə “Kürdüstanın Səsi” Telegram kanalı məlumat yayıb.
American Associated Press (AP) agentliyi də hücumu təsdiqləyib və bildirib ki, bazada güclü partlayışlar və həyəcan siqnalları eşidilib. İlkin məlumatlara görə, zərbələr birbaşa bazaya endirilib.
AP həmçinin qeyd edir ki, hadisənin ərazidə yaratdığı təsirlər və mümkün dağıntılar barədə məlumatlar hələ də dəqiqləşdirilir. Hələlik hücum nəticəsində tələfat və ya ziyanla bağlı rəsmi açıqlama yoxdur.
İzmedia.az
![]()

