Central Intelligence Agency (MKİ) İranda mümkün üsyanı təşviq etmək məqsədilə İraqdakı kürd qüvvələrinin silahlandırılması variantını nəzərdən keçirir.
İzmedia.az xəbər verir ki, bu barədə CNN telekanalının proqramla tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Donald Tramp administrasiyası hərbi dəstək məsələsi ilə bağlı İran müxalifət qrupları və İraq kürd liderləri ilə fəal danışıqlar aparır.
Qeyd olunur ki, İranın kürd silahlı dəstələrinin minlərlə döyüşçüsü var və onlar əsasən İran-İraq sərhədi boyunca, xüsusilə İraq Kürdüstanında fəaliyyət göstərirlər. Müharibənin başlanğıcından bəri bir sıra qruplar İran qüvvələrinin geri çəkilməsinə çağırış edib və mümkün hərəkətlərə işarə edən bəyanatlar yayıblar.
İzmedia.az
![]()

