İran XİN başçısı: “İsraillə gizli əməkdaşlıq bağışlanmazdır”

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Abbas Araghchi İsrail Baş naziri Benjamin Netanyahunun müharibə dövründə Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi barədə yayılan iddialara münasibət bildirib.

İran xarici işlər naziri sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Netanyahu İran təhlükəsizlik qurumlarının daha əvvəl rəhbərliyə çatdırdığı məlumatları indi açıq şəkildə təsdiqləyib.

Araghchi bildirib ki, İran xalqına qarşı düşmənçilik “ağılsız qumar”dır və İsraillə gizli əməkdaşlıq bağışlanmaz hesab olunur.

“İsraillə əməkdaşlıq edərək bölgədə parçalanma toxumları səpənlər cavab verəcəklər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsrail Baş nazirinin BƏƏ-yə gizli səfər etdiyi və ölkə rəhbərliyi ilə görüş keçirdiyi barədə məlumat yayılmışdı. BƏƏ tərəfi isə həmin xəbərləri təkzib edib.

Bundan başqa, ABŞ mərkəzli Axios platforması İsrail ilə BƏƏ arasında müharibə dövründə hərbi və təhlükəsizlik əməkdaşlığının gücləndiyini yazıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş