İzmedia.az-ın S&P Global Commodities at Sea şirkətinin məlumatlarına istinadən verdiyi məlumata görə, bazar ertəsi günü Hörmüz boğazından yalnız iki tanker keçə bilib.
Məlumata görə, martın 1-də boğazdan neft və kimyəvi maddələr daşıyan beş tanker keçmişdi, bazar ertəsi isə bu göstərici yalnız iki gəmi ilə məhdudlaşıb.
Martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) Hörmüz boğazından keçməyə çalışan istənilən tankeri məhv etməklə hədələyib.
ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla İranın böyük şəhərləri zərbələrə məruz qalıb, Ağ Ev isə əməliyyatları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. Hücumlar nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə yüksək vəzifəli şəxs öldürülüb.
İzmedia.az
![]()

