İran rəsmisindən Trampın bəyanatına sərt reaksiya: “Bu yanlış təsəvvürü düzəldəcəyik”

1 Min Read
İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı sosial media paylaşımına cavab verib.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ dövlət başçısının su yolunu Amerika mülkiyyəti kimi təqdim etməsinə münasibət bildirib. O qeyd edib ki, Trampın Fars körfəzinin adını düzgün yazdığı kimi, Hörmüz boğazı ilə bağlı yanlış yanaşması da tezliklə dəyişəcək: “Əks halda, bu yanlış düşüncəli insanın təsəvvürlərini biz özümüz düzəldəcəyik”.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Hörmüz boğazının xəritəsini paylaşaraq mətni “Yeni ABŞ ərazisi” başlığı ilə dərc etmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş