ABŞ və İsrailin Ali Lider Əli Xameneiyə qarşı hərəkətləri dini nifrəti qızışdırmaq və dindarların hisslərini qəsdən təhqir etmək nümunəsidir.
İzmedia.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a verdiyi açıqlamada bildirib.
Cəlali qeyd edib:
“Hüquqi aspektlərdən başqa, yüksək vəzifəli din xadiminə hücum dini nifrəti qızışdırmağın və dindarların hisslərini təhqir etməyin bariz nümunəsidir”.
O, hadisənin beynəlxalq hüquqi nəticələrinə də toxunaraq bildirib:
“BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni müdafiə çərçivəsində heç bir hüquqi əsası olmayan bu təcavüzkar hərəkətlər zamanı ABŞ və İsrail İran İslam Respublikasının ən yüksək vəzifəli şəxsi Ayətullah Xameneinin hüquqi və şəxsi toxunulmazlığını qəsdən pozublar. Dövlət başçıları milli suverenliyi simvolizə edən əraziyə müdaxilədən tam immunitetə malikdirlər, buna görə bu hərəkət beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”.
İzmedia.az
![]()

