ABŞ İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri təxminən 2000 hədəfə zərbə endirib.
İzmedia.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
Kuperin açıqlamasına görə, “Artıq 2000-dən çox sursatla təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətdik və yüzlərlə İran ballistik raketini, buraxılış qurğularını və dronlarını məhv etdik”.
O əlavə edib ki, əməliyyata ABŞ-dan 50 mindən çox əsgər, 200 qırıcı, iki təyyarədaşıyan gəmi və bombardmançı təyyarə cəlb olunub və daha çox imkanlar yoldadır. Həmçinin, ABŞ bir sualtı qayıq da daxil olmaqla 17 İran gəmisini məhv edib.
ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Hücumlar Tehran da daxil olmaqla İranın böyük şəhərlərini əhatə edib. Zərbələr nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslər öldürülüb.
İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsraildəki obyektləri hədəf alan əməliyyatlar həyata keçirib; ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da zərbələrə məruz qalıb.
İzmedia.az
![]()

