Çin yeni beşillik planda hərbi gücün artırılmasını prioritet elan edib

1 Min Read

Çin 15-ci beşillik plan layihəsində strateji çəkindirmə qabiliyyətinin gücləndirilməsini və qlobal güc balansının qorunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.

İzmedia.az xəbər verir ki, bu barədə sənəd 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin dördüncü sessiyasının ilk günündə təqdim olunub.

Layihə konturuna əsasən, ölkə silahlı qüvvələrinin qarşısında duran əsas vəzifələrdən biri strateji çəkindirmənin gücləndirilməsi və qlobal strateji tarazlığın, eləcə də sabitliyin qorunmasıdır.

Sənədə görə, yeni sahələrdə döyüş qabiliyyətlərinin inkişaf etdirilməsi, pilotsuz uçuş aparatları və ağıllı texnologiyaların genişmiqyaslı və sistemli tətbiqinin sürətləndirilməsi, həmçinin ənənəvi silahlı qüvvələrin modernləşdirilməsi planlaşdırılır.

Bununla yanaşı, sənəddə “ordu üzərində mütləq partiya nəzarəti” şəraitində milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının qorunması üçün strateji imkanların genişləndirilməsi nəzərdə tutulur.

Layihədə müdafiə sahəsində böyük milli layihələrin həyata keçirilməsinin, müdafiə texnologiyalarında innovasiyaların sürətləndirilməsinin və qabaqcıl silah sistemlərinin hazırlanmasının vacibliyi də xüsusi vurğulanır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş