ABŞ ordusu “Apache” helikopterlərinin təlim uçuşlarını müvəqqəti dayandırıb

1 Min Read
Texas ştatının Fort Hud hərbi bazası yaxınlığında baş verən və iki hərbçinin ölümü ilə nəticələnən qəzadan sonra ABŞ ordusunun rəhbərliyi AH-64 “Apache” hücum helikopterlərinin bütün təlim uçuşlarını müvəqqəti olaraq dayandırıb. Qəzanın səbəbləri tam müəyyənləşdirilənədək qadağa qüvvədə qalacaq.
Qəzada həlak olan 34 yaşlı baş gizir Deontre Huey və 25 yaşlı gizir Seth Olmstead 1-ci Süvari Diviziyasının 227-ci Aviasiya Alayında xidmət edirdilər. Alabama ştatındakı Döyüş Hazırlığı Mərkəzinin xüsusi komissiyası fəlakətin səbəblərini araşdırır.
1984-cü ildən xidmətdə olan və 2050-ci ilə qədər istifadəsi planlaşdırılan iki nəfərlik AH-64 “Apache” helikopterləri ABŞ ordusunun əsas hücum aviasiyası hesab olunur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş