France Soyuq Müharibə dövründən qalan radioaktiv materiallardan istifadə etməklə yeni nüvə başlıqları istehsal etməyi planlaşdırır.
İzmedia.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ketrin Votrin açıqlama verib.
Nazir bildirib ki, Fransa Soyuq Müharibədən sonra sökülmüş nüvə başlıqlarından əldə edilən parçalanan materialları – uran və plutoniumu qoruyub saxlayıb. Onun sözlərinə görə, bu ehtiyatlar ölkəyə yeni nüvə başlıqları hazırlamaq imkanı verir.
“Soyuq Müharibədən sonra sökülmüş nüvə başlıqlarından əldə edilən parçalanan materialları – uran və plutoniumu qoruyub saxlamışıq. Bunun sayəsində Prezident Emmanuel Makronun elan etdiyi kimi, yeni nüvə başlıqları istehsal etmək üçün kifayət qədər ehtiyatımız var”, – deyə nazir Le Dauphiné Libéré qəzetinə müsahibəsində bildirib.
İzmedia.az
![]()

